“Azərbaycanı Şimali Koreyaya çevirmək yönündə ciddi qərarlar qəbul ediblər və iri addımlarla buna doğru irəliləyirlər” – jurnalist Alya Yaqublu Polis bu gün Toplum TV-nin ofisində axtarış aparıb.
Media orqanının bir neçə əməkdaşının və III Respublika Platformasının üzvlərinin saxlanıldığı bildirilib. Ərazidəki jurnalistlərin çəkiliş etməsinə müdaxilə edilib, onlar oradan uzaqlaşdırılıblar.
DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Toplum TV-dən başqa ünvanlarda da axtarış aparıldığını bildirib. Bir müddət əvvəl hökumətə yaxın KİV Toplum Tv və rəhbərliyini hədəf alan məqalələr dərc etmişdi.