Martın 13-də Avropa Parlamentində Ermənistana Avropa İttifaqı üzvlüyünə namizədlik statusu verilməsinə çağıran qətnamə qəbul edilib.
Bu barədə Reuters yazır.
Qətnamə böyük səs çoxluğu ilə qəbul olunub.
504 millət vəkili lehinə, 4 millət vəkili əleyhinə səs verib. 31-i isə bitərəf qalıb.
Xalq Partiyası Fraksiyasının hazırladığı "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı sənəddə qeyd olunur ki, Ermənistan Aİ-yə üzv olmaq üçün davamlı islahatlar həyata keçirməlidir.
Sənəddə bildirilir ki, Ermənistanın KTMT-yə üzvlüyünə yenidən baxarkən, Aİ ilə Ermənistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin təcili ehtiyacını qəbul edir, Aİ-ni Ermənistanın Avropa Sülh Fondu vasitəsilə dəstək istəyinə müsbət cavab verməyə və Ermənistan ordusuna dəstək verməyə çağırır.
Əlavə edilir ki, təhlükəsizliklə bağlı bütün məsələlər üçün çətir platforması kimi müntəzəm Aİ-Ermənistan Siyasi və Təhlükəsizlik Dialoqlarının əlavə dəyəri qeyd edilir, Ermənistan əsas zəiflikləri müəyyən etməyə və məqsədyönlü həllər hazırlamağa kömək edəcək hibrid təhlükənin qiymətləndirilməsi sorğusunun başlanmasına çağırılır.
Sənəddə Ermənistana müdafiə xarakterli hərbi dəstək vermək üçün bir neçə Üzv Dövlətin gördüyü tədbirləri alqışlanır və Üzv Dövlətləri oxşar təşəbbüsləri nəzərdən keçirməyə çağırılır.
Qeyd edilir ki, Aİ Ermənistanın hərbi təcavüzə qarşı yardım göstərməməsi və daha etibarlı təhlükəsizlik mexanizmi axtarışından sonra Ermənistanın KTMT-də iştirakını dayandırmaq qərarını alqışlayır, Ermənistanın Rusiya Federasiyasına Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərini internadan çıxarmaq barədə rəsmi müraciətini dəstəkləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi isə sənədin Azərbaycana qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu deyir:
"Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər".