Qubad İbadoğlunun qızı Jalə Bayramova Azərbaycanın Almaniyadakı səfirliyinin önündə təkadamlıq aksiya keçirib
O, Azərbaycan hökumətindən atasının dərhal azad edilməsini tələb edib. 7 aydır həbsdə saxlanılan iqtisadçı alimin səhhətindəki problemlər kəskinləşib.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, saxta pul əldə etmə və dini ekstremizmdə ittiham olunur. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.