ADTİHB ilə Venesiya Komissiyası Azərbaycan hökumətinə bu vəsaitin parlamentdəki yerlər üzrə deyil, siyasi partiyaların topladığı səslər üzrə bölünməsini tövsiyə edib.
2024-cü ilin dövlət büdcəsində siyasi partiyalara ümumilikdə 5 milyon manat maliyyə yardımı ayrılıb. Bu vəsait dövlət büdcəsinin xərclərində 2020-ci ildə “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonraya nəzərdə tutulur.
Partiyalar parlament seçkiləri nəticəsində deputat mandatı əldə edərlərsə, onlar həm parlamentdə olduqlarına, həm də yerlərin sayına görə dövlət tərəfindən maliyyələşmək imkanı əldə edə bilirlər.
Dövlət büdcəsindən siyasi partiyalara verilən maliyyə yardımı |
|
İl |
AZN |
2020 |
3 600 000 |
2021 |
4 000 000 |
2022 |
5.000 000 |
2023 |
5 000 000 |
2024 |
5 000 000 |
“Siyasi partiyalar haqqında” Qanun qüvvəyə minəndən sonra 31 siyasi partiya ləğv olunmağı ilə bağlı Ədliyyə Naziyliyinə müraciət edib. Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçən 26 siyasi partiya var. Onların 10-u parlamentdə təmsil olunur. 2020-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərinə qatılmamışdı, Müsavat Partiyasından olan 64 namizədin heç biri Milli Məclin deputatları siyahısında yer almır.
Gülağa Aslanlı, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri
Foto "Azadlıq Radiosu"ndan götürülüb
“Ölkədə azad, ədalətli və demokratik seçkilər olmadığına görə, bir qayda olaraq Müsavat Partiyasının namizədlərini parlamentə buraxmırlar”, - ən son 2005 - ci ildə Milli Məclisdə təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı belə deyib.
Partiyaların gəlir və xərclərinə dair ən son hesabat 2022-ci ildə açıqlanıb. Mərkəzi Seçki Komissiyasının dərc etdiyi maliyyə hesabatlarında göstərilir ki, Müsavat Partiyası il ərzində üzvlük haqlarından və ianələrdən 10 min manata qədər vəsait əldə edib. Partiyanın xərcləri də topladığı vəsait qədər olub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2022-ci il üzrə maliyyə hesabatında heç bir gəlir və xərcinin olmadığını bildirib. Partiyanın əksər hesabatında maliyyə vəziyyəti belə göstərilir.
Seymur Həzi, AXCP sədrinin müavini
Foto "Amerikanın Səsi"ndən götürülüb
“Nəinki ianə verənləri, hətta hökumətin şərləyib həbs etdiyi şəxslərə maddi dəstək göstərmək istəyənlər 3-5-7 il azadlıqdan məhrum edilib. Saleh Rüstəmli, Aqil Məhərrəmli, Babək Həsənov işi buna bir sübutdur”, – AXCP sədrinin müavini Seymur Həzi bildirib.
2022-ci ildə YAP-ın gəlirləri 26.8 milyon manat təşkil edib ki, bunun da 23 milyon manatı üzvlük haqlarının, 8 min manatı ianələrdən gəlirlərin, 2.4 milyon manatı isə dövlət büdcəsindən ayrılmış vəsaitlərin payına düşüb. Parlamentdə təmsil olunan partiyaların büdcələri isə aşağıdakı cədvəldə olduğu kimi sıralanıb.
Milli Məclisdə təmsil olunan partiyaların büdcələri 2022-ci il (AZN) |
|||
Ad |
Gəlir |
Xərc |
Dövlət düdcəsindən ayrılan vəsait |
YAP |
26 794 284 |
15 878 093 |
2 403 344 |
Vətəndaş Həmrəyliyi Partiyası |
366 305.50 |
316 833.46 |
366 305.50 |
REAL Partiyası |
305 979 |
257 776 .94 |
304 579 |
Milli Cəbhə Partiyası |
304 579 |
279 520 |
304 579 |
Böyük Quruluş Partiyası |
304 704 |
231 534.67 |
304 579 |
Ana Vətən Partiyası |
304 579.20 |
317 890.64 |
304 579.20 |
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası |
304 579 |
304 579 |
304 579 |
Demokratik İslahatlar Partiyası |
304 591.39 |
314 929.36 |
304 591.39 |
Azərbaycan Demokratik Maarifçilik Partiyası |
304 679 |
240 396.23 |
304 579 |
Vəhdət Partiyası |
304 579 |
304 570.77 |
304 579 |
Mənbə: Mərkəzi Seçki Komissiyası
Qeyd edək ki, siyasi partiyalara ayrılan dövlət yardımının 40 faizi Milli Məclisdə təmsil olunan partiyalar arasında, 50 faizi parlamentdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların say tərkibinə uyğun olaraq bölünür. Vəsaitin 2.5 faizi etibarlı səs qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında bölünür.
Venesiya Komissiyasının ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə hazırladığı tövsiyələrdə qeyd olunur ki, bir partiyanın parlamentdə 70, yeddi partiyanın 9 mandatı var. Bitərəflərin sayı isə 41 olduğu halda dövlət büdcəsindən ayrılan vəsaitin yuxarıda sadalanan faizlər üzrə bölünməsi ədalətli deyil.
“Majoritar seçki sisteminə malik Azərbaycanda, yaxşı olardı ki, parlamentdəki yerlərə deyil, siyasi partiyanın aldığı səslərə üstünlük verilsin”, – deyə rəydə deyilir.
Siyasi məsələlər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, ölkədəki partiyaların ümumi büdcəsi 30 milyonu keçsə də, demək olar ki, bu vəsaitin əksər hissəsi hakim Yeni Azərbaycan Partiyasının payına düşür.
“Doqquz partiya isə illik təxminən 300 min manat ətrafında maliyyə alır. Bu məbləğin özü belə siyasi partiyaların saxlanılması üçün yetərli deyil. "Siyasi partiyalar haqqında” yeni Qanun qəbul olunub, ancaq görünür ki, partiyaların maliyyələşməsi məsələsi hələ də öz həllini tapmayıb”, – deyə Məmməd Məmmədzadə bildirib.