“İfadə vermək üçün çağırıldığımı belə düşünmədim. Ancaq bir ehtimal düşündüm ki, bu, olsa-olsa ancaq həbs olacaq”
Bu gün həbs olunacağını bilə-bilə növbəti dəfə dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə gedən “Abzas Media”nın əməkdaşı Elnarə Qasımovanın doğum günüdür.
Gənc jurnalist 28 yaşını həbsxanada - dəmir barmaqlıqlar arxasında qeyd edir. Elnarə də “Abzas Media”nın həbsdə olan digər əməkdaşları kimi qaçaqmalçılıqda ittiham olunur. O, yanvarın 13-də şahid qismində dindirilmək üçün növbəti dəfə çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində şübhəli şəxs qismində saxlanılıb.