Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun dondurulmasından sonra, ölkənin bu qurumun üzvü olaraq qalıb-qalmayacağı ətrafında çoxlu suallar yaranıb.
Almaniya parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Frank Şvabenin azərbaycanlı deputatların səlahiyyətlərinin təsdiqlənməməsinə dair qətnəmənin qəbulunda xüsusi rolu olub.
O, “AbzasMedia”ya verdiyi müsahibəsində Azərbaycanla Avropa Şurası arasında münasibətlərin gələcək perspektivinə dair sualları cavablandırıb.