Araşdırılmayan cinayətlər: 23-cü seriya – Nəcməddin Sadıkov

22 Oktyabr 2024
Mətni dəyiş

68 yaşlı general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıkov 27 il (1993-2020) ərzində Azərbaycanın müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi kimi önəmli postu tutub. “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı”, “Rəşadət” ordenləri ilə təltif olunub.

Amma Nəcməddin Sadıkovun adı həm də müxtəlif cinayət işlərində hallanır. Buraya Müdafiə Nazirliyinin özündə və tabeliyində olan qurumlarda 143 milyon manatlıq yeyintidən tutmuş, “AtaBank”dan götürülən 42 milyon manatlıq kreditin qaytarılmaması, “Tərtər işgəncələri”nə qədər müxtəlif cinayət işləri daxildir.

Bu işlərlə bağlı sənədlərdə və daha sonra məhkəmədə verilən ifadələrdə Sadıkovun ünvanına ittihamlar yer alır. Buna görə də həm istintaq orqanlarında, həm də məhkəmələrdə dəfələrlə Sadıkovun dindirilməsi tələb olunub, bu barədə vəsatətlər qaldırılıb. Ancaq bu tələblərin hamısına birmənalı şəkildə “yox” cavabı verilib. İstintaq orqanları və məhkəmə Nəcməddin Sadıkovu dindirmək istəməyib, yaxud bunu bacarmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun