Ermənistan Rusiyanın Naxçıvanın nəqliyyat əlaqələrinə nəzarət etməsi ilə razılaşdığını inkar edir

Ermənistan Rusiyanın Naxçıvanın nəqliyyat əlaqələrinə nəzarət etməsi ilə razılaşdığını inkar edir Foto: APA
13 İyun 2023
Mətni dəyiş

Baş nazirin müavini Mger Qriqoryan: “Belə bir razılaşma olmayıb”


Ermənistan  Rusiyanın Qərbi Azərbaycanı Naxçıvan anklavına birləşdirən nəqliyyat marşrutlarına nəzarət etməsinə razılıq verməsi ilə bağlı rəsmi Bakının iddialarını təkzib edib.

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev şənbə günü bildirib ki, Rusiya sərhədçiləri təklif olunan dəhlizi qoruyacaq və “vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkətini təmin edəcək”.

Yerevan dərhal Mustafayevin şərhlərini rədd edib. Baş nazirin müavini Mger Qriqoryan Armenpress-ə deyib ki, “belə bir razılaşma olmayıb”.

2020-ci ildə İkinci Qarabağ Müharibəsinə son qoyan atəşkəs razılaşması Ermənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını nəzərdə tutur. Daha sonra qeyd edilir ki, Ermənistan Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin “təhlükəsizliyinə təminat verməlidir”, Rusiya isə “bu nəqliyyat əlaqələrinə nəzarət edəcək”.

Qriqoryan bildirib ki, “Ermənistanın mövqeyi istənilən yeni açılan nəqliyyat yolunun keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməsidir və belə də qalacaq”.

İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı Azərbaycanı Ermənistan vasitəsilə Naxçıvana birləşdirən və öz nəzarəti altında olan “Zəngəzur dəhlizi”nin açılmasında təkid edib. Bu təklif Yerevan və Moskva tərəfindən qəbul edilməyib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun