“Pasha Holding” “Trendyol”la ortaq ticarət aparmaq üçün şirkət açır

“Pasha Holding” “Trendyol”la ortaq ticarət aparmaq üçün şirkət açır
1 May 2023
Mətni dəyiş

“Pasha Holding” və “Trendyol” tərəfdaşlıq müqaviləsi imzalayıb

Türkiyənin məşhur alış-veriş saytı “Trendyol” “Pasha Holding” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində “Trendyol” və “Pasha Holding” Azərbaycanda ortaq elektron ticarət fəaliyyəti həyata keçirəcək şirkət yaradacaq.

Türkiyə mediasının verdiyi məlumata görə, “Trendyol Qrupu”nun prezidenti Çağlayan Çətin “Pasha Holding”-lə strateji ortaqlığın ilk addımını atdıqlarını və mayın 3-dən etibarən Azərbaycanda internet saytlarının açılacağını bildirib.

İnfrastruktur işlərini tamamladıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaqlarını bildirən Çətin əlavə edib:

"Keçən il xaricdən “Trendyol”-a verilən sifarişlərə nəzər saldıqda Azərbaycanın birinci yerdə olduğunu görürük. Bundan əlavə,“Trendyol” 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olub". 

“Pasha Holding”-in baş icraçı direktoru Cəlal Qasımov bildirib ki, Azərbaycanda istehlakçılar bir müddətdir ki, Trendyol-dan ölkəmizdə fəaliyyət göstərməsini tələb edirlər. 

"Bu müqavilə daha geniş çeşiddə məhsullara sərfəli qiymətlərlə çıxışı təmin edəcək, eyni zamanda Azərbaycan şirkətlərinin, xüsusilə “Paşa” ekosisteminə daxil olanların maliyyə məhsullarını və xidmətlərini təklif edəcək.
Biz bu təşəbbüs sayəsində ölkəyə xarici investisiyaların da artacağını gözləyirik” - “Pasha Holding”-in baş icraçı direktoru deyib.

"Pasha Holding" prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun