Suqovuşanda xidmət edən 19 yaşlı əsgər həlak olub

Suqovuşanda xidmət edən 19 yaşlı əsgər həlak olub Sosial media
2 Aprel 2023
Mətni dəyiş

Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır 

Qəbələ rayon Nohurqışlaq kənd sakini Niftaliyev  Novruz Eldəniz oğlu həlak olub. Xəbəri bu gün onun valideynlərinə çatdırıblar. Onlar nəşi götürmək üçün Tərtərə yollanıblar. 

Bu barədə məlumatı Nohurqışlaq kənd icra nümayəndəsinin müavini Cavid Mirzəmmədov Abzas Media-ya təsdiqləyib. O bildirib ki, əsgərin hansı şəraitdə vəfat etməsi barədə onlara məlumat verilməyib. 

"Tərtər istiqamətində, Suqovuşanda xidmət edirdi. Məzuniyyətə 2 ay olar gəlmişdi. Hansı istiqamətdə həlak olduğu açıqlanmır"- icra nümayəndəsinin müavini bildirib.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Abzas Media-ya bildirib ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırlar. Nəticələrlə bağlı məlumat verəcəklər. 

19 yaşlı gənc 2022-ci ilin aprelində hərbi xidmətə çağırılıb. Orta təhsilli, subay olub. 

Dəfnin bu gün baş tutacağı gözlənilir. O, Nohurqışlaq kənd qəbristanlığında şəhidlər üçün ayrılan hissədə dəfn olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun