İran Səfirliyinin 4 əməkdaşına Azərbaycandan çıxmaq üçün 48 saat vaxt verilib

İran Səfirliyinin 4 əməkdaşına Azərbaycandan çıxmaq üçün 48 saat vaxt verilib Foto: modern.az
6 Aprel 2023
Mətni dəyiş

Səfirlik əməkdaşlarının kimliyi açıqlanmayıb

İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib.

Bu barədə məlumatı Abzas Media-ya Azərbaycan Xarici İşlər Nazirliyi təsdiqləyib. Nazirliyin mətbuat katibi Ayxan Hacıyev bildirib ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi nazirliyə dəvət edilib və bildirilib ki, həmin şəxslər 48 saat ərzində Azərbaycanı tərk etməlidirlər.

“Şəxslərin kimliyi barədə səfirliyə məlumat verilib, ancaq mətbuata açıqlamırıq. Diplomatik Xidmət Haqqında fəaliyyətdə belə müəyyənləşib ki, 48 saat ərzində səfirliyin həmin əməkdaşları ölkəni tərk etməlidirlər və bunu uyğun olaraq çıxarılacaqlar"- mətbuat katibi bildirib.

Sözügedən 4 şəxsin kimliyi və vəzifələri açıqlanmasa da, onların diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə “arzuolunmaz şəxs” elan olunduqları bildirilib.

Abzas Media məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyindən mövqe öyrənməyə çalışsa da, səfirliyin mətbuat xidməti suallarımızı cavablandırmayıb.

27 yanvarda Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Azərbaycan tərəfi həm səfirliyiə, həm də millət vəkili Fazil Mustafaya silahlı hücumda İran izinin olduğunu açıqlayıb.

İran parlamenti isə Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun