Həyatını itirən və yaralanan hərbçilərin sayı hələ ki, açıqlanmayıb
Aprelin 11-i Azərbaycan-Ermənistan sərhəddində atışma baş verib. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, "Ermənistan hərbçiləri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub".
Müdafiə Nazirliyi açıqlayıb ki, atışma nəticəsində hərbi qulluqçular həlak olub, yaralananlar var.
Ermənistan isə atışmanı Azərbaycan tərəfinin başlatdığını iddia edib. Ermənistanın Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan hərbçiləri Tex kəndində mühəndis işləri aparan hərbi qulluqçulara atəş açıb. Nəticədə Ermənistan tərəfdən də ölən və yaralananlar var.
Hər iki ölkə həlak olan və yaralanan hərbçilərinin sayını və kimliklərini hələ ki, açıqlamayıb.