Hesablama Palatası: “Azərsu”yun səhv qiymətləndirməsinə görə illik 35 milyon manat itirilib

Hesablama Palatası: “Azərsu”yun səhv qiymətləndirməsinə görə illik 35 milyon manat itirilib Foto: azersu.az
3 Mart 2023
Mətni dəyiş

Hesablama Palatası "Azərsu"yun 72 milyon dollarlıq layihəni səmərəsiz icra etdiyini açıqlayıb 

Hesablama Palatası "Azərsu"yun Təmizlənməsi Qurğusu Layihəsi üzrə vəsaitlərdən necə istifadə edildiyini araşdırıb. 

Layihənin ümumi dəyəri 72,02 mln. ABŞ dolları, burada kreditin məbləği 43,5 mln. dollar (60,4%), Azərbaycanın payı 28,52 mln. dollar (39,6%) müəyyən edilib. 

Auditlə çirkab suların təmizlənməsi probleminin həlli məqsədilə layihədən öncəki vəziyyət və sonrakı şəraitdə dəyişməli olan mühitin qiymətləndirilməsi aparılıb.

"Xərclənmiş vəsaitlərin uçotunda və qiymətləndirmələrdə qeyri-dəqiqliklər səbəbindən ən azı 35 milyon manatdan artıq vəsait və 50 faizdən çox su miqdarı itirilib"- HP qeyd edib.

Palata vurğulayıb ki, layihənin istismar müddəti, eləcə də qurğunun təchizatı üzrə daxili bazar qiymətləri düzgün nəzərə alınmayıb, vəsaitlərə qənaət və həmin vəsaitlərdən səmərəli istifadə olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun