Bu saata olan məlumata görə, hər iki ölkədə ölənlərin sayı 9 min nəfəri keçib
Bazar ertəsi Türkiyə və Suriyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 min nəfəri keçə bilər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, dağılmış binaların altında qalan insanları xilas etmək üçün davam edən səylər aşağı temperatur və ard-arda davam edən zəlzələlər səbəbindən çətinləşib.
ÜST-nin Avropa üzrə baş fövqəladə hallar üzrə məsul işçisi Ketrin Smollvud “Frans Press”-ə bildirib ki, ölənlərin sayı "səkkiz dəfə arta bilər".
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus sağ qalanları tapmaq şansının "hər dəqiqə" azaldığını söyləyib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son məlumatına görə, Bu saata olan məlumata görə Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7 108 nəfərə çatıb, 40 910 nəfər yaralanıb.
Suriyada zəlzələ nəticəsində həlak olanların sayı isə bu ana olan məlumata görə 2547 nəfərdir.