“Jurnalistlər üçün kədərli yubiley”

“Jurnalistlər üçün kədərli yubiley” Foto: Mikroskop Media
9 Fevral 2023
Mətni dəyiş

“Sərhədsiz Reportyorlar” hökuməti “Media haqqında” qanuna yenidən baxmağa çağırır

Mərkəzi ofisi Fransada yerləşən "Sərhədsiz Reportyorlar" təşkilatı Azərbaycan hökumətini “Media haqqında” Qanuna yenidən baxmağa çağırıb.

 Təşkilat “Twitter” üzərindən etdiyi çağırışda qeyd edib ki, qanunun qəbulundan bir il keçməsini "Jurnalistlər üçün kədərli yubiley" adlandırıb.

"Media sektoru üzərində nəzarəti gücləndirən və jurnalistlərə qarşı pozuntuları legitimləşdirən qanun artıq 1 ildir ki, qəbul olunub. “Sərhədsiz Reportyorlar” təşkilatı qanuna yenidən baxılmasını tələb edir” – deyə qeyd olunub.

“Media haqqında” Qanun 2022-ci ilin fevralın 8-də təsdiq edilib.

Ardınca Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuata dövlət nəzarətini gücləndirən "Media haqqında" Qanunu ləğv etməyə çağırıb.

Avropa Şurası Nazirlər Komitəsi ötən ilin dekabrında hakimiyyət orqanlarını “Media haqqında” Qanunu tam şəkildə Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün tədbirlər görməyə dəvət edən qətnamə qəbul edib.

Hökumət qurumları qəbul edilən qətnaməylə bağlı rəy verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun