Paşinyan: “Yerevan Praqa razılaşmaları əsasında Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

Paşinyan: “Yerevan Praqa razılaşmaları əsasında Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”
19 Yanvar 2023
Mətni dəyiş

Ermənistanın Baş naziri sülh gündəmindən əl çəkməyəcəklərini bildirib 


Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Praqa razılaşmaları əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. 

Paşinyan qeyd edib ki, Azərbaycan prezidentinin son bəyanatları bu razılaşmalara ziddir.

Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanı Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizi Yerevan istəsə də, istəməsə də gec-tez işə düşəcək.

"İnsanlara aydın olur ki, Laçın dəhlizi ilə bağlı açıqlamalar da daxil olmaqla, bu bəyanatlar birbaşa olaraq Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozur" - Ermənistanın Baş naziri qeyd edib.

Paşinyanın sözlərinə görə, bu bəyanatlar təxribat xarakterlidir və eskalasiyaya yönəlib.

Baş nazir qeyd edib ki, Ermənistanın reaksiyası asimmetrik olmalıdır. “Biz fəal beynəlxalq siyasət yürütməli və institusional strukturların formalaşmasını gücləndirməliyik, islahatlar yolundan dönməməli və sülh gündəmindən əl çəkməməliyik” - deyə Nikol Paşinyan çıxışını yekunlaşdırıb.

Oktyabrın 6-da Praqada Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilib. Görüşün yekunları ilə bağlı bəyanat qəbul edilib və tərəflər BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi ilə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması barədə öhdəliklərə sadiqliklərini bəyan ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun