Rusiya və Ukrayna çərşənbə günü bir-birini Ukraynanın cənubundakı atom elektrik stansiyası yaxınlığına yeni zərbələr endirməkdə ittiham edib və bu, münaqişə zamanı təhlükəsizliklə bağlı beynəlxalq narahatlığa səbəb olub.
Hər iki tərəfin iddiaları Zaporojye Atom Elektrik Stansiyası yaxınlığındakı hücumlarla bağlı ən son iddialardır və Birləşmiş Millətlər Təşkilatı müfəttişlərinin təhlükəsizlik və qorunmanı yoxlamaq üçün əraziyə yollandıqları vaxt ortaya çıxıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin komandası agentliyin baş direktoru Rafael Qrossi ilə birlikdə stansiyaya çərşənbə günü Kyivdən yola düşüb. Qrossi komandasının işlərini yerinə yetirə bilməsi üçün zəmanət verildiyini deyib.
Rusiyanın “Qazprom” şirkəti əvvəlcədən elan etdiyi kimi, təmir işləri aparıldığı üçün çərşənbə günü Avropaya əsas boru kəməri vasitəsilə qaz tədarükünü dayandırıb.
Qazprom bildirib ki, “Şimal axını” qaz kəməri şənbə gününə qədər bağlı olacaq.
Şirkət son aylar oxşar bağlanmalar həyata keçirib ki, bəzi Avropa hökumətləri Rusiyanın enerji təchizatından münaqişə zamanı Avropanın Ukraynaya verdiyi dəstəyə cavab olaraq istifadə edəcəyindən narahat olduğunu bildirib.
(VOA)