Prezident ikinci müddətə yenidən seçilə bilməyəcək
Qazaxıstan parlamenti palataların birgə iclasında ölkə Konstitusiyasına dəyişikliklər haqqında qanunu ikinci oxunuşda qəbul edib. Bu barədə “Tengrinews” xəbər verib.
“İnterfaks” yazır ki, sənədi iclasda iştirak edən 50 senator və 99 deputatın hamısı yekdilliklə dəstəkləyib. Parlamentin qəbul etdiyi qanun imzalanmaq üçün Qazaxıstan prezidentinə göndəriləcək.
Qəbul edilmiş dəyişikliklərdə deyilir:
- Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılacaq, prezident isə ikinci müddətə yenidən seçilə bilməyəcək;
- Ölkənin paytaxtı Nur-Sultan əvvəlki adına - Astanaya qayıdacaq.
Sentyabrda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib. O, həmçinin prezidentlik müddətinin 7 ilə qədər uzadılması təşəbbüsü ilə çıxış edib.