Putin ölkə ərazisində qismən səfərbərlik elan edib
Bu barədə məlumatı TASS Agentliyi yayıb.
Məlumatda qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin ölkə əhalisinə müraciəti zamanı sentyabrın 21-dən etibarən qismən səfərbərlik qərarı verdiyini açıqlayıb.
Putin bildirib ki, bu qərarı Rusiyanın suverenliyini qorumaq ehtiyacından verib və yalnız ehtiyatda olan hərbçilər ordu sıralarına cəlb olunacaqlar. Putin bildirib ki, səfərbərliklə cəlb olunan şəxslər hərbi təlimlərdə iştirak edəcəklər və onlara xidmətlərilə bağlı ödəniş həyata keçiriləcək.
Putin əlavə edib ki, səfərbərlik elan olunması ilə ana hədəflər dəyişmir. Əsas hədəf Donetsk və Luqansk Xalq Respublikalarının qurulmasıdır.