Ötən gün baş verən silahlı atışmada Azərbaycanın bir hərbçisi yaralanıb, Ermənistanın 3 hərbçisi həlak olub
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin növbəti dəfə gərginləşməsindən sonra, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında Azərbaycanın hücumunu qınamağa və dayandırmağa çağırıb.
“Azərbaycanın yeni hücumu nəticəsində bu gün Ermənistan ərazisində 3 erməni hərbçisi həlak olub. Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücumdur. Azərbaycan işğalı qınanılmalı və dayandırılmalıdır.
Azərbaycan qoşunlarının çıxarılması və işğaldan zərər çəkmiş Ermənistan ərazilərində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi mütləq zərurətdir” - deyə Ermənistan lideri yazıb.
Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 28-də saat 18:00 radələrində Ermənistanın Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrinə atəş açmaqla atəşkəs rejimini pozduğunu bildirib. Atəş nəticəsində hərbçi İsgəndərov Nicat Hidayət oğlunun yaralandığı bildirilib.
Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanı ilk atəşi açmaqda ittiham edib.