Ermənistan və Azərbaycan bir-birini cümə gününə keçən gecə atəş açmaqla 2020-ci ildən sonra ən qanlı döyüşü sona çatdıran atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
23 sentyabrın səhəri hər iki ölkənin müdafiə nazirliyi verdiyi bəyanatlarda bir-birini ilk atəşi açmaqda günahlandırıb.
Ermənistan atəşə tutulan ərazisini açıqlamasa da, Azərbaycan qarşı tərəfin Tovuzqala, Kəlbəcər, Daşkəsən rayonunu atəşə tutduğunu bildirib.
Ötən həftənin əvvəlində 200-dən çox hərbçinin ölümü ilə nəticələnən iki günlük toqquşmalardan sonra hər iki tərəf hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs barədə razılığa gəlmişdi.