Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistanla atışma nəticəsində həlak olan hərbçilərin sayını açıqlayıb.
Qurumdan verilən məlumata görə, qarşıdurma zamanı Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu həlak olub.
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Ölkə başçısı İlham Əliyev həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan baş verən qarşıdurmada rəsmi təsdiqlənmiş 49 hərbçinin həlak olduğunu açıqlamışdı.