Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefasını tələb edən ictimai bəyanat imzalayıblar.
Sənədi imza toplayan Sankt-Peterburq bələdiyyəsinin "Semenovski"nin müavini Kseniya Torstrem yayımlayıb.
“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!” bəyanatda deyilir.
Sənədi onlarla deputat imzalayıb.
Bundan əvvəl Moskvanın "Lomonosovski" bələdiyyə dairəsinin deputatlar şurası Rusiya Federasiyası prezidentinin istefasını tələb etmişdi. Həmçinin, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin deputatları Rusiya Federasiyası Dövlət Dumasını Vladimir Putini Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırmaq üçün ona qarşı "dövlətə xəyanət" ittihamı irəli sürməyə çağırıblar.
Həmin deputatlara qarşı rus ordusunun “diskreditasiyası” ittihamı ilə cinayət işi açılıb.