Rusiyanı “LUKoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov Moskvada yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.
Ancaq bəzi məlumatlara görə, 68 yaşlı vitse-prezident özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən ataraq intihar edib.
R.Maqanov aldığı xəsarətdən yerindəcə keçinib, onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib.
Ravil Maqanov 2020-ci ildə “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib. O, 1993-cü ildən neft şirkətində çalışıb. 2006-cı ildə “Lukoil” PJSC-nin birinci vitse-prezidenti, 2020-ci ildə isə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.
Hələlik məsələ ilə bağlı ətraflı rəsmi açıqlama yoxdur.