Əli Əliyevin ailəsilə telefon əlaqəsi bərpa edilib

Əli Əliyevin ailəsilə telefon əlaqəsi bərpa edilib
8 Sentyabr 2022
Mətni dəyiş

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin ailəsilə telefon əlaqəsi bərpa edilib.

Bu barədə məlumatı Turan Agentliyinə Ombudsman Aparatı verib.  

Bildirilib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan partiya sədrinin ailəsilə telefon əlaqəsi bərpa edilib və o, ailəsinə zəng edib.

Məlumatı Əli Əliyevin vəkli Toğrul Babayev də təsdiqləyib.

Əli Əliyevin yaxınları bildirib ki, Əliyev avqustun 21-dən onlarla əlaqə saxlaya bilmir. Bununla əlaqədar, avqustun 30-da Əliyevin xanımı həyat yoldaşının telefon danışıqlarından məhrum edilməsilə bağlı ombudsmana müraciət edib.

Bildirilirdi ki, partiya sədrinə cinayət işi açıla bilər. Belə ki, onun kamera yoldaşlarından biri bildirib ki, aralarında yaranan münaqişə zamanı Əliyev ona xəsarət yetirib. Bu iş üzrə ilkin istintaq çərçivəsində partiya sədri özü də ifadə verib. Ancaq hələlik işin taleyilə bağlı məlumat yoxdur.

Əli Əliyev bu ilin yanvarından böhtan ittihamı ilə üç dəfə, ümumilikdə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun