Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası keçirilib

Eldar Mahmudovun evinin qarşısında etiraz aksiyası keçirilib
2 Sentyabr 2022
Mətni dəyiş

Keçmiş Milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun Nardarandakı evi qarşısında etiraz aksiyası keçirilib. Sentyabrın 1-də baş tutan aksiyada 4 nəfər iştirak edib. 

Hüseyn Səfərov və Əfsəl Həsənəliyev sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Deyirlər, şantaj vasitəsiylə onlardan küllü miqdarda pul alınıb.

Etirazçılar hazırda davam edən məhkəmə işinin gedişatından şikayətçidilər. Deyirlər, onlara dəyən zərər hələ də ödənilməyib.

Mahmudovun bağ evi polis əməkdaşları tərəfindən mühafizə olunduğundan şikayətçilər ərazidən uzaqlaşdırılıb

Eldar Mahmudovun MTN-ə başçılıq etdiyi illərdə sahibkarların şantajı və onlardan pul tələb edilməsi məsələləri gündəmə gəlib. 

2015-ci ildə MTN ləğv edilib və qurumun bir çox idarələrinin rəisləri və digər vəzifəli şəxsləri həbs edilib. Mahmudov özü həbsdən yayınıb, amma dəfələrlə istintaqa çağırılıb. MTN-nin istintaq baş idarəsi rəisi kimi çalışan Mövlam Şıxəliyev və digər sabiq şöbə rəislərinin 2008-2014-cü illər ərzində iş adamlarından külli miqdarda pul və əmlaklarını hədə-qorxu ilə tələb etmə, rüşvət alma kimi cinayətlərlə bağlı ötən il cinayət işi açılıb. 

Ümumilikdə 36 zərərçəkmiş var Onlardan 4-ü vəfat etdiyinə görə, hüquqi varisləri zərərçəkmiş şəxs qismində çıxış edirlər. Şəxslərə dəyən ümumi zərər 15 milyon manatdır.

Növbəti məhkəmə işi sentyabrın 6-sı keçiriləcək.

(Toplum Tv)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun