Aqil Layıc: “Prokurorluğun ittihamlarını uğursuz və əlaqəsiz hesab edirik"

Aqil Layıc: “Prokurorluğun ittihamlarını uğursuz və əlaqəsiz hesab edirik"
12 Sentyabr 2022
Mətni dəyiş

Aqil Layıc: "Müdafiə tərəfi olaraq verilmiş ittihamı uğursuz və əlaqəsiz hesab edirik"

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, “Xural Yayınları” MMC-nin baş direktoru Ə.Zeynallının “Baku Steel Company” şirkətinin sabiq sədri, hazırda məhkəməsi gedən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, verilişində onun müsbət imicini  formalaşdırmaq üçün onun yaxınlarından 20 min manat rüşvət alması barədə şübhələr müəyyən edilib. Prokurorluğun şübhəli bildiyi məsələlərdən biri də pulun çatdırılmasında R.Məmmədovun vəkili Elçin Sadıqovun iştirak etməsidir.

Prokurorluq bildirir ki, toplanan ilkin sübutlar əsasında Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (Rüşvət almaq külli miqdarda törədildikdə) və Elçin Sadıqov 32.5. 311.3.3-cü (Rüşvət almaq külli miqdarda törədildikdə və cinayətin törədilməsinə köməklik göstərilməsi) maddələri ilə təqsirləndirilən şəxs qismində məhkəməyə çıxarılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının vəkili Aqil Layıc isə bildirib ki, jurnalistin vəziəfli şəxs kimi təqdim edilməsi düzgün deyil.

Vəkilin sözlərinə görə, “Xural Yayınları” MMC Əvəz Zeynallının təsis etdiyi müstəqil şirkət olaraq buklet və kitapçaların nəşri, lüğətlərin, ekslopediyaların hazırlanması xidmətini göstərib və MMC bu xidmətlərlə bağlı qeydiyyata alınıb:

“Şirkətin Əvəz Zeynallının jurnalist fəaliyyəti ilə heç bir əlaqəsi yoxdu, fəaliyyət sferası başqadır. Müdafiə tərəfi olaraq hesab edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində qeyd olunan vəzifəli şəxs anlayışı hazırki ittihamda qəti şəkildə oturmuş məfhum hesab edilə bilməz” - deyə o əlavə edib.

Vəkil bildirib ki, şəxs rüşvət alarkən vəzifəli şəxs olmalıdır. Onun sözlərinə görə, Əvəz Zeynallının jurnalistika fəaliyyəti MMC ilə bağlı deyil və vəzifəli şəxs hesab edilə bilməz.

“Rüşvət aldığı iddia edilən şəxslər barəsində hər hansı bir hüququn əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam verilməsi yönündə Əvəz Zeynallının hər hansı bir səlahiyyəti olmayıb, olması da mümkün deyildi. Müdafiə tərəfi olaraq verilmiş ittihamı uğursuz və əlaqəsiz hesab edirik” - deyə jurnalist Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da saxlanılıblar. Hər işi şəxsin ofisində və evində axtarış aparılıb, sənədlər götürülüb.

Onlar ittihamları rədd edib, həbslərinin peşə fəaliyyətləri ilə əlaqədar olduğunu bidiriliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun