Avropa İttifaqı Azərbaycanı sammitinə dəvət edəcək

Avropa İttifaqı Azərbaycanı sammitinə dəvət edəcək
5 Sentyabr 2022
Mətni dəyiş

Avropa İttifaqı Azərbaycanı Çexiyanın paytaxtı Praqada keçiriləcək sammitinə dəvət etməyi planlaşdırır.

Məlumata görə, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç, İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələri də daxil olmaqla, İttifaqa üzvlük üçün müraciət edən daha 8 ölkə də var.

Daha əvvəl Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.

Avropa İttifaqı Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi çərçivəsində də aktiv fəaliyyət göstərir. Son 2 ildə hər iki ölkə liderinin Aİ bayrağı altında bir neçə görüşü baş tutub.

Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Avrasiya İttifaqı ölkələrinin hökumət başçılarının iclasında müşahidəçi statusunda iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun