ABŞ sərhəddəki gərginlikdən narahat olub, hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

ABŞ sərhəddəki gərginlikdən narahat olub, hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
13 Sentyabr 2022
Mətni dəyiş

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bu barədə çağırış ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsində yayılıb.

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan ciddi narahatdır. Həmişə aydın şəkildə bəyan etdiyimiz kimi, münaqişənin hərbi yolla həlli ola bilməz. Biz istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq” – deyə çağırışda qeyd olunub.

Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə danışıb. Səhər saatlarında isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə baş vernlərdən danışıblar.

Sentyabrın 12-i axşam saatlarından etibarən Ermənistan-Azərbaycan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribatda ittiham edib. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın diversiya qrupu sutkanın qaranlıq vaxtı Azərbaycan ərazisinə keçərək, hərbi infrastruktur olan ərazilərdə təminat yollarını minalamağa çalışıb. Cavab tədbirləri görülüb və döyüş başlayıb. Ermənistan tərəfi isə bunu təkzib edib və Azərbaycanı Ermənistanın dövlət sərhədini pozmaqda ittiham edib. Son döyüşlərlə bağlı açıqlamalarda nə Ermənistan Müdafiə Nazirliyi, nə də Azərbaycan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun