Yerevanda ticarət mərkəzində partlayış: ölən və yaralananlar var

Yerevanda ticarət mərkəzində partlayış: ölən və yaralananlar var
15 Avqust 2022
Mətni dəyiş

Avqustun 14-də Ermənistanın paytaxtı Yerevanda yerləşən “Surmalu” ticarət mərkəzində partlayış baş verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışın səbəbi hələ tam aydın deyil. Qeyd olunub ki, partlayış nəticəsində 3 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

Bildirilib ki, 20 nəfər itkin düşmüş hesab olunur. 

Bununla belə qeyd edilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. 

Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun