Odessa vilayət hərbi administrasiyasının sədrinin müavini Oleksiy Matsuleviç Xerson şəhəri uğrunda döyüşlərin başladığını elan edib.
Bu barədə vilayət rəsmisi teleqramda yazıb.
“Rəsmi: Xerson şəhəri uğrunda döyüşlər başlayıb”, - o qeyd edib.
Bundan əvvəl, “Kaxovka” qoşunların əməliyyat qrupu məlumat yayaraq bildiriblər ki, Ukrayna Ordusu Xerson vilayətində Rusiya işğalçılarının birinci müdafiə xəttini yarıb. Alaylardan biri mövqelərindən geri çəkilb.
Bildirilib ki, Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. İşğalçılar tanklardan, aviasiyadan və artilleriyadan atəş açır.