Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı: Müharibə başlayandan bəri təxminən 9 min ukraynalı hərbçi həlak olub

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı: Müharibə başlayandan bəri təxminən 9 min ukraynalı hərbçi həlak olub
22 Avqust 2022
Mətni dəyiş

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, Rusiya işğalı başlayandan bəri təxminən 9 min ukraynalı hərbçi həlak olub. Bu barədə “İnterfaks-Ukrayna” xəbər verib.

Zalujnı çıxışı zamanı deyib ki, Ukraynada uşaqların müdafiəyə ehtiyacı var, çünki “atası cəbhəyə gedib və bəlkə də həlak olan doqquz minə yaxın qəhrəmandan biridir”.

Ukrayna hakimiyyəti sonuncu dəfə iyulun əvvəlində döyüş itkiləri barədə məlumat vermişdi. Sonra Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, onun hesablamalarına görə, müharibə başlayandan bəri 10 minə qədər ukraynalı əsgər həlak olub. Aprel ayında Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, müharibə zamanı 2500-3000 Ukrayna əsgəri həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun