Gürcüstanın paytaxt meriyasının yeni proqramı sayəsində Tiflisin 60 yaşdan yuxarı sakinləri üzgüçülük hovuzundan və ya fitnes zalından pulsuz istifadə edə biləcəklər.
Qanunvericilik bülleteninin saytında Tiflis Şəhər Şurasının “Yaşlı nəsil üçün idman” layihəsinə dair qərarı dərc olunub.
Meriya hər ay bələdiyyə ərazisində qeydiyyatda olan 300-ə qədər 60 yaşdan yuxarı vətəndaşı maliyyələşdirəcək.
Benefisiarlar hovuzdan və ya idman zalından ayda doqquz dəfə pulsuz istifadə edə biləcəklər.
Proqram Tiflis meriyasının Mədəniyyət, Təhsil, İdman və Gənclərlə İş üzrə Xidməti tərəfindən həyata keçirilir.