Separatçı qüvvələrin keçmiş komandanı Şuşa şəhərini təslim etməkdə ittiham olunur

Separatçı qüvvələrin keçmiş komandanı Şuşa şəhərini təslim etməkdə ittiham olunur
31 Avqust 2022
Mətni dəyiş

Ermənistanın İstintaq Komitəsi avqustun 30-da axşam Qarabağ separatçılarının silahlı qüvvələrinin keçmiş komandanı, general Mikael Arzumanyanın saxlanmasının səbəbini açıqlayıb.

Ermənistanın İstintaq Komitəsi hesab edir ki, general Arzumanyan 2020-ci il oktyabrın 30-dan noyabrın 9-dək Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hücumu zamanı Şuşa şəhərinin müdafiəsinin təşkilində səhlənkarlıq nümayiş etdirib. O, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmədi və bu, şəhərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulmasına səbəb olub.

İttihama görə, “Arzumanyan qoşunlardan səmərəli istifadəni və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsini təmin etməyib, qəbul edilmiş qərarların icrasında qətiyyət nümayiş etdirməyib, vəziyyətin dəyişməsinə çevik reaksiya verməyib, komandanlığı tam şəkildə təmin etməyib”.

“Bundan başqa, Arzumanyan noyabrın 6-da verdiyi hesabatda Şuşada vəziyyətin nəzarət altında olduğunu, halbuki artig noyabrın 5-də Azərbaycan quvvələri şəhərə daxil olmuşdu”.

Yalnız noyabrın 5-də Şuşa-Daşaltı kəsişməsinə bir atıcı batalyon yerləşdirildi. Halbuki o vaxt Daşaltı artıq Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. “Nəticədə erməni qüvvələri mühasirəyə alınaraq ağır itki verməli oldu”.

15 oktyabr 2020-ci il tarixindən hər biri 250 nəfərdən ibarət iki tagım və oktyabrın 20-dən daha 150 nəfər, yəni umumilikdə 650 əsgər, şəhərin müdafiəsinə cəlb olunmamışdır. Eyni zamanda, qoşunların mərkəzləşdirilmiş şəkildə idarə olunması və idarə olunması prinsipi pozulmuşdur.

30 avqust 2022-ci ildə Mikael Arzumanyan ağır nəticələrə səbəb olan hərbi xidmət səhlənkarlığı ilə ittiham edilib və o, həbs edilib. Bu ittihamla Arzumanyanı uzunmüddətli həbs cəzası gözləyir.

Arzumanyanın həbsi Qarabağda narazılığa səbəb olub. Separatçıların lideri Arayik Arutyunyan öz sözçüsü vasitəsilə Arzumanyanın günahsız oldunu, cəmi 12 gün qoşunların komandanı olduğunu və müharibədə məğlubiyyətə görə məsuliyyət daşımadığını bəyan edib.

İrəvandakı müxalifət də generalın həbsini pisləyib, baş nazir Paşinyanı öz səhvlərinə görə hərbçiləri günahlandırmaqda ittiham edib.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun