"Zaporojye vilayəti Rusiyaya birləşmək kursunu müəyyənləşdirib və həmişəlik olaraq Ukraynadan ayrılır".
"RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın təyin etdiyi Zaporojye vilayəti administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov deyib.
“Mən Zelenski rejiminə məsləhət görürəm ki, indi buna öyrəşsinlər və Zaporojye bölgəsini yalnız Rusiya ilə əlaqələndirməyə və eyniləşdirməyə başlasınlar”, – vilayət administrasiyasının əməkdaşı bildirib.
“Kiyev hakimiyyəti və onların Qərb kuratorları nə qədər qəzəbli olsalar da, Zaporojye vilayətinin sakinlərinin seçimlərini dəyişməyəcəyi fikrinə öyrəşməli olacaqlar”, - deyə Roqov fikrini yekunlaşdırıb.
Bundan əvvəl o, Ukraynanın region üzərində heç bir hüququnun olmadığını bildirmişdi. Onun sözlərinə görə, Şimali Qara dəniz regionunun şəhərləri, xüsusən Zaporojye, Xerson, Nikolayev və Odessa “heç vaxt Ukrayna ərazisi olmayıb”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, əgər Rusiya ordusunun nəzarətində olan bölgələrdə Rusiyaya birləşməklə bağlı referendum keçirilərsə, Kiyev Moskva ilə danışıqlardan imtina edəcək.
Toplum TV