Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib.
Kremldə əvvəlcədən xəbər verildiyi kimi, prezidentlər ikitərəfli əməkdaşlığı (həm iqtisadi, həm də hərbi-texniki), həmçinin Suriya və Ukrayna, o cümlədən Ukrayna limanlarından taxıl ixracı ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdə son günlər vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ məsələsinin də qaldırılacağını istisna etməyib.
Putin və Ərdoğan arasında əvvəlki görüş iyulun 19-da Tehranda baş tutub. Görüş Suriyaya həsr olunmuş “Astana formatı” sammiti çərçivəsində keçirilib - İran prezidenti İbrahim Rəisi də orada iştirak edib. Eyni zamanda Ərdoğanla Putin arasında təkbətək danışıqlar da olub.