Ombudsman Aparatı Elm və Təhsil Nazirliyinə xəbərdarlıq edib

Ombudsman Aparatı Elm və Təhsil Nazirliyinə xəbərdarlıq edib
30 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatı Elm və Təhsil Nazirliyinə xəbərdarlıq edib.

Bu barədə məlumat Ombudsman Aparatından verilib.

Xəbərdarlığa səbəb nazirliyin AbzasMedianın informasiya sorğusuna cavab verməməsidir.

Belə ki, nazirlik AbzasMedianın bu il 28 iyulda qrantlarla bağlı ünvanladığı informasiya sorğusuna cavab verməyib. Bundan sonra, prosedura uyğun olaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatına müraciət edilib.

Xəbərdarlıqda deyilir ki, Konstitusiya Qanunun 13-1.4-cü maddəsinə əsasən Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarından və ya vəzifəli şəxslərdən pozuntuların aradan qaldırılmasını tələb edir.

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur və həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməlidir.

Həmin Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. İnformasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri inzibati məsuliyyət daşıyır (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374-cü məddəsi).Qeyd edilənləri nəzərə alaraq, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-1.1-ci maddəsinə əsasən, informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı şikayətdə əks olunmuş halların araşdırılması üçün, sorğulara dair müvafiq məlumat və sənədlərin 10 iş günü ərzində bizə təqdim edilməsini xahiş edirəm”, - deyə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) Aparatının xəbərdarlığında qeyd olunub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun