Oğuzda meşə yanğınları başlayıb

Oğuzda meşə yanğınları başlayıb
24 Avqust 2022
Mətni dəyiş

Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

“Report” məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunublar.

Hazırda yanğın davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun