Nazirlik: İran radiokanallarının cənub bölgəsində yayımının qarşısını almaq üçün sentyabrda iki ölkə arasında görüş planlaşdırılır

Nazirlik: İran radiokanallarının cənub bölgəsində yayımının qarşısını almaq üçün sentyabrda iki ölkə arasında görüş planlaşdırılır
19 Avqust 2022
Mətni dəyiş

Bu günlərdə millət vəkili Cavanşir Paşazadə açıqlama verərək bildirib ki, Cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, İran daxil olur. O qeyd edib ki, bu, illərdir həllini tapmayan problemdir. Rayonlarda Azərbaycan radio dalğaları ümumiyyətlə, tutmur. Lənkəran, Salyan-Neftçala, Beyləqan, Sabirabad, Saatlıda İran kanalları, Balakəndə isə 7-8 gürcü kanalını rahatlıqla dinləmək mümkündür.

Bəs görəsən, xarici radio proqramlara nəzarət necə tətbiq olunur? Bunun qarşısını almaq mümkündürmü? Belə hallar hansı qanunlarla tənzimlənir?

AbzasMedia bu suallarla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin
ə, eyni zamanda ekspertə müraciət edib.

Nazirlikdən verilən cavabda qeyd olunub ki, digər tezlik zolaqları kimi, televiziya və FM radio diapazonu da
nazirlik tırıfindən daimi olaraq nəzarətdə saxlanılır.

Bildirilib ki, televiziya və FM radio yayımları Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq yayım ötürücüləri ilə yayımlana və relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində qəbul edilə bilər.

“Belə hallar bütün dövlətlərin sərhədyanı bölgələrində mövcuddur. O cümlədən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya və FM radio proqramlarının yayımları da qonşu ölkələrin ərazilərində normal qəbul edilir. Bu kimi hallar BTİ-nin tövsiyəsinə əsasən tənzimlənir, sərhədyanı ölkələrlə koordinasiya protokolları imzalanır və yeni texnologiyaların tətbiq edilməsi üzrə işlər aparılır” –
deyə cavabda qeyd olunub.

Nazirlik bildirib ki, kənar yayımların Azərbaycan ərazisinə nüfuz dairəsinin minimuma endirilməsi və yerli yayımlara maneə təsiri yaratmaması istiqamətində bütün qonşu dövlətlərin rabitə administrasiyaları ilə müvafiq işlər aparılır. 

“18–23 iyul 2022-ci il tarixində Gürcüstan tərəfinin müvafiq qurumu ilə iki ölkə sərhədlərində aparılmış radio monitorinq işlərinin nəticələri müzakirə edilib və radio-TV kanalların koordinasiyası üzrə Gəncə şəhərində görüş keçirilib. Eyni zamanda qeyd olunan məsələlərin müzakirəsi üçün cari ilin sentyabr ayında İran İslam Respublikasının rabitə administrasiyası ilə görüşün keçirilməsi planlaşdırılır. Digər qonşu ölkələrlə də anoloji proses həyata keçirilir”, - dey
ə cavabda qeyd olunub.

Hüquqşünas Xalid Ağəli deyir ki, bu yeni yaranmış vəziyyət deyil, 2000-ci illərdən bəri İran radioları cənub zonasında rahatlıqla yayılır.

Onun sözlərinə görə, Ələtdən başlayaraq, İran radiokanallarını dinləmək olar. Həm də vəziyyət yalnız Azərbaycanın cənubu, İranla bağlı da deyil, Qazaxdan başlamış, Ermənistanla sərhəd boyu da eyni vəziyyətdir.

“İran, Ermənistan, Gürcüstan radioları Azərbaycan ərazisinin geniş arealında rahatlıq yayılır. Bu ilk növbədə Azərbaycanda radio yayımı üçün əlverişli olan tezlik resurslarından effektiv istifadə olunmamasının nəticəsidir”, - dey
ə hüquqşünas bildirib.

Xalid A
ğəli deyir ki, ola bilər ki, qonşu ölkələr onların yayımçılarının Azərbaycanda yayılması üçün daha keyfiyyətli qurğulardan istifadə etsinlər. Ancaq məsələ burasındadır ki, Azərbaycanın radio tezlik resursları boşdur.

Onun s
özlətinə görə, belə olan halda qonşu ölkələrin radioları daha rahatlıqla yayıla bilir.

“Bu boşluq doldurulmalıdır. Məsələn, Salyan ərazisində fm tezliyində İranın 20-dən artıq radiosunu dinləmək olur, Azərbaycanda isə heç Bakıda bu qədər radio kanal keyfiyyətli yayımlanmır. Azərbaycanın yayım qurğuları da ya köhnə, ya da yüksək keyfiyyətli deyil. Dalğa tez-tez itir, daha keyfiyyətli qurğularla yayılan xarici kanallar həmin dalğaya daxil olur. Belə durumdan çıxmaq üçün həm daha keyfiyyətli texniki avadanlıqlara sahib olmaq lazımdır, həm də mövcud yayım resursları istifadə edilməlidir. Hökumət tezlik resurslarını əlində saxlayır, lazım olanda özünə yaxın quruluşlara istifadə üçün verir. Azərbaycanın elə rayonu yoxdur ki, orda 2 yerli radio olsun. Bu v
əziyyət həm də hökumətin müstəqil mediaya olan münasibətinin göstəricisidir. Nə yayılır-yayılsın, bircə, yerli müstəqil yayımçılar olmasın.

Burda ciddi hüquqi pozuntular da nəzərə çarpmır. Yayım tezlikləri boşdursa, radio dalğalar rahatlıqla yayılacaq. Çıxış yolu bunu önləyə biləcək texniki avadanlıqların qurşadırılması, tezliklərin doldurulmasıdır”, - deyə hüquqşünas Xalid Ağəli bildirib.

AbzasMedia suallara cavab almaq üçün Medianın İnkişafı Agentliyinə sorğu ilə müraciət etsə də,
agentlik sorğuya nəzərdə tutulan 1 iş günü ərzində cavab verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun