Mehriban Əliyevanın ad gününü şikayətli şeirlə təbrik edən şair polisə çağırılıb

Mehriban Əliyevanın ad gününü şikayətli şeirlə təbrik edən şair polisə çağırılıb
26 Avqust 2022
Mətni dəyiş

Şair İbrahim Xudayi Salyan Rayon Polis Şöbəsinə çağırılıb. Bu barədə şairin özü məlumat verib.

İbrahim Xudayi bildirib ki, çağırılmaya səbəb vitse-prezident Mehriban Əliyevanın doğum gününə həsr etdiyi şeir olub.

Paylaşdığı şeiri silən şair bildirib ki, o, polislə söhbətdən sonra bu addımı atıb: "Mən polis polkovniki Nəzər Əsgərovla görüşdüm. Şeiri heç kim mənə zorla sildirməyib. Lakin polis rəisi dedi ki, belə şeirlər olmasa, yaxşıdır. Bu sözə görə silməsəm də, 5-10 faiz onun sözünün də təsiri oldu. Vəziyyətim hazırda yaxşıdır. Sağ olsun, Nəzər Əsgərov. Hər hansı bir zorakılıq hadisəsi də olmadı".

Şair vitse-prezident Mehriban Əliyevanın doğum gününü sosial şəbəkə hesabında belə təbrik etmişdi:

"Bu gün sizin doğuluş gününü qeyd edirik,

Qırılırıq acından özümüzdən gedirik.

Bilmirik dərman alaq, bir manata, ya çörək?!

Sizi həmişə mehriban, həmişə xoşbəxt görək!

Əsir əlim ayağım, boğuluram öfgədən,

Gorun çartlasın bizə, yaltaqlığı öyrədən!

Sizi təbrik edirəm sidq ürəklə ac, susuz

Bir əlimdə göy çörək, bir əlimdə soğan, duz".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun