Keçmiş siyasi məhbusun atası saxlanılıb

Keçmiş siyasi məhbusun atası saxlanılıb
16 Avqust 2022
Mətni dəyiş

Avqustun 15-də  keçmiş siyasi məhbus, mərhum Elnur Fərəcovun atası Hüseyn Fərəcov daimi yaşadığı Neftçala rayonunda saxlanılıb.

“Polis əməkdaşları evimizə gələrək onlarla birlikdə rayon polis şöbəsinə getməyi tələb etdilər. Mən rəsmi çağırış vərəqəsinin göndərilməsini tələb edərək imtina etdim. Bundan sonra məni maşına sürüklədilər. Hətta evin qapısını bağlamağa, doğmalarıma söyləməyə imkan vermədilər. “Polisdə Facebookdakı yazılarımla bağlı mənə iradlarını bildirdilər”, – Fərəcov polisdən buraxıldıqdan sonra Turan agentliyinə bildirib.

Fərəcovu iki saat saxladıqdan və ondan izahat aldıqdan sonra sərbəst buraxıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası  Neftçala rayon təşkilatı Gənclər Komitəsinin fəalı Elnur Fərəcov 2016-cı il dekabrın 9-da həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə ittiham olunmuşdu və 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2018-ci ilin mayında Elnur Fərəcov əfv olunsa da, həbsdə düçar olduğu ağır xəstəlikdən səbəbindən bir neçə həftə sonra vəfat edib. Polis onun yas mərasimini qadağan edib.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun