Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb
20 Avqust 2022
Mətni dəyiş

Cümə günü Brüsseldə Azərbaycan Prezidentinin beynəlxalq əlaqələr üzrə köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan arasında görüş keçirilib.

Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz Twitter hesabında yazıb.

“Bu gün Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryan arasında Avropa İttifaqının iştirakı ilə Ermənistan-Azərbaycan münasibətlərinə dair yaxşı və mənalı danışıqlar aparılıb”, - Toivo Klaar yazıb.

Müzakirə mövzusu bildirilmir. Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə növbəti görüşə hazırlaşdığını bildirmişdi.

Ola bilsin ki, bugünkü görüş qarşıdan gələn sammitə hazırlıq xarakteri daşıyırdı. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun