Ermənilərin döyüş gedir xəbərini Bakı təkzib edib

Ermənilərin döyüş gedir xəbərini Bakı təkzib edib
2 Avqust 2022
Mətni dəyiş

Avqustun 1-i Azərbaycanın Qarabağ bölgəsində qurulan qondarma erməni qurumu Azərbaycan ordusunun hücuma keçməsilə bağlı məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Qarabağın şimal və şimal-qərbində, eləcə də Ermənistan sərhədində bir neçə istiqamətdə hücumlara başlayıb. O cümlədən, azərbaycanlıların bir sıra istiqamətlərdə irəlilədiyi və döyüşlərin Gandzasar monastırının 10 km-də və Murovdağda getdiyi iddia edilirdi.

Qeyd olunurdu ki, Azərbaycan ordusu həm də Geqarkunik rayonunun sərhədində (Kəlbəcərlə sərhəd) erməni mövqelərini atəşə tutub. Qarabağ separatçılarında yaranmış gərgin vəziyyətlə bağlı hətta “Təhlükəsizlik Şurası”nın da iclasını keçiriblər.

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin döyüş əməliyyatları və atəşə tutulması ilə bağlı xəbərlərini təkzib edərək, onları “ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan təxribat” adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun