Ermənistan KİV: Qarabağda döyüşlər gedir, 1 erməni əsgər həlak olub, daha 8 nəfər yaralanıb

Ermənistan KİV: Qarabağda döyüşlər gedir, 1 erməni əsgər həlak olub, daha 8 nəfər yaralanıb
3 Avqust 2022
Mətni dəyiş

"Təmas xəttinin şimal-qərb hissəsində saat 15:00 radələrində Azərbaycanın minaatan və dron hücumu nəticəsində 8 əsgər yaralanıb, 1 nəfər həlak olub".

Bu barədə avqustun 3-də "Azadlıq Radiosu"nun Ermənistan bürosu məlumat yayıb. 

Laçın dəhlizi yaxınlığında gedən döyüşlər zamanı Qarabağda xidmət edən 8 erməni əsgərinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 1 nəfərin həlak olduğu qeyd olunub.

""Artsax (Qarabağdakı qondarma rejimin ermənicə adı - red.) hakimiyyəti vəziyyəti sabitləşdirmək üçün Rusiya sülhməramlı kontingenti ilə birgə tədbirlər gördüklərini bildirib", - deyə məlumatda bildirilib. 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin son iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması və nəticədə əsgər Kazımov Anar Rüstəm oğlunun aldığı güllə yarasından həyatını itirməsi haqda bəyanat yayıb.

Məlumatda deyilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun