Ermənistan Zəngəzur dəhlizi məsələsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gecikdirir, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Eyni zamanda o vurğulayıb ki, istənilən halda Bakı Naxçıvanla nəqliyyat əlaqəsi yaradacaq.
“Artıq Araz çayı üzərindən ilk körpünün tikintisinə başlanılıb. Yəni, bizim Naxçıvanla alternativ nəqliyyat əlaqəmiz var”, - deyə Turan agentliyi Bayramovun sözlərini sitat gətirir.
Azərbaycan XİN rəhbəri əlavə edib ki, “Ermənistana sadəcə olaraq regional əməkdaşlıqdan kənarda qalmamaq şansı verilib, Yerəvan düzgün qərar qəbul etməsə, zərər özünə dəyəcək”.