Azyaşlıya təcavüzdə ittiham olunan Əsgər Ağzadəyə müxtəlif səbəblərlə hökm oxunmur

Azyaşlıya təcavüzdə ittiham olunan Əsgər Ağzadəyə müxtəlif səbəblərlə hökm oxunmur
25 Avqust 2022
Mətni dəyiş

Avqustun 24-də yeniyetmə Sənay Yağmura təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib.

Bu dəfə də məhkəmədə hökm oxunulacağı gözlənilsə də, məhkəmə təxirə salınıb. Ümumiyyətlə, son iclaslarda hökm oxunulacağı gözlənilsə də, təqsirləndirilən şəxsin qarnının ağrımasından tutmuş ən müxtəlif səbəblərlə məhkəmə təxirə salınır. 

Ancaq iki ildir davam edən istintaq prosesinin sonunda dövlət ittihamçısı təqsirləndirilən Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib. 

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edir ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir və bu ittihamın böhtan olduğunu sübut edir.

Növbəti prosesin sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun