Azərbaycanlı mütəxəssislər Sərsəng su anbarında olublar

Azərbaycanlı mütəxəssislər Sərsəng su anbarında olublar
24 Avqust 2022
Mətni dəyiş

Avqustun 22-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları yerli erməni mütəxəssislərinin iştirakı ilə Qarabağın keçmiş Mardakert rayonunda yerləşən Sərsəng su anbarına baxış keçiriblər.

Rəsmi məlumatda bildirilir ki, su anbarında texniki monitorinq aparılıb, anbardan suyun daxil olması və axıdılması qrafiki barədə məlumat alınıb.

Azərbaycanın aran bölgəsində suvarılan torpaqların su təchizatının bərpası məsələləri müzakirə olunub. Belə görüşlərin müntəzəm keçirilməsi üçün razılıq əldə edilib.

Bu su anbarı 1976-cı ildə tikilib və onun tutumu 560 milyon kubmetrdir. Anbar suları vaxtıkən Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboyda 96 min hektar əkin sahəsini suvarıb.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun