Azərbaycanda ət bahalaşıb

Azərbaycanda ət bahalaşıb
17 Avqust 2022
Mətni dəyiş

Son günlər Azərbaycanda ət bahalaşıb. Bu barədə Azadlıq Radiosuna həm Azərbaycanın bir sıra rayonlarından, həm də paytaxt Bakıda sakinlər bildiriblər.

İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.  

Eyni halla paytaxt Bakının müxtəlif rayonlarının sakinləri də üzləşiblər. Onların demələrinə görə, artıq sümüklü mal ətinin bir kiloqramı 12 manata yüksəlib. Paytaxt sakinlərinin qeyd etməsinə görə, sümüksüz ət daha bahadır.

Vurğulandığına görə, bir müddət öncə 13-14 manata satılan quzu ətinin də kiloqramı 15 manata təklif edilir.

Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.

Ətin bahalaşmasına, hələlik, Kənd Təsərrüfatı Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun