Azərbaycan, Türkiyə və Özbəkistan arasında ilk dəfə keçirilən görüşündə Daşkənd Bəyannaməsi imzalanıb.
Bu barədə avqustun 2-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Tvitter"-də məlumat paylaşıb.
Onun sözlərinə görə, Daşkənd Bəyannaməsi türk dünyası arasındakı münasibətləri daha da gücləndirəcək, rifahı artıracaq.
Nazir həmçinin qeyd edib ki, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.
Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edib.
Toplum TV