Avqustun 31-də Ermənistan və Azərbaycan liderləri Brüsseldə görüşəcək.
Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında gözlənilən görüş barədə məlumatı Ermənistan hökumətinin İnformasiya Xidməti təsdiqləyib.
"Nikol Paşinyan və İlham Əliyevin gündəliyində əvvəllər müzakirə olunan məsələlər var", - "Azatutyun" radiosuna Ermənistan hökuməti əlavə məlumat vermədən bildirib.
Azərbaycan mətbuatı da bir neçə saat əvvəl Ermənistan və Azərbaycan liderləri arasında gözlənilən görüşdən yazıb.